Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Kazağıstan Respublikasının Çuy şəhər sakini, tanınmış Şiə fəalı Hacı Mailxan Bayramov fani dünya ilə vidalaşıb.
Əhli Beyt (əleyhimus səlam) ardıcıllarından olan bu fəal yaşadığı illər ərzində xeyli təlaşdan sonra nəhayət Çuy şəhərində İmam Əli (əleyhis səlam) adına Məscidi inşa edib müsəlmanların istifadəsinə vermişdir.
Məscidin açılışından sonra müsəlmanlar arasında vəhdət bir daha çoxalmış və Əhl Beyt (əleyhimus səlam) davamçıları artmışdır.
Hacı Mailxan Şiəlyin inkişafı üçün əlindən gələn bu və digər xeyriyyə işlərini də əsirgəməmişdir.
Mərhum eləcə də Dünya Əhli Beyt (əleyhimus səlam) Assambleyasının Kazağıstan üzrə üzvü olmuş və bu təşkilatın təşəbbüsü ilə keçirilən konfraslarda və digər yığıncaqlarda yaxından iştirak edərdi.
Biz
ABNA olaraq bu Şiə fəalının vəfatın başda İmam Zaman (Allah onun zühurun tezləşdirsin) həzrətləri olmaqla bütün dünya müsəlmanlarına xüsusən Kazağıstan müsəlmanlarına və eləcə də yaxınlarına dərin hüzünlə başsağlığı veririk.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır