| Xəbərin kodu: 311687 | Tarix: 2012/04/28 - 18:07 | Mənbə: Azad Xeber | print |
əliyevlərin sionzim sevgisi İlham Əliyev dost İsrail xalqına sülh və tərəqqi arzulayıb |
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan prezidenti İlham Əliyev qondarma sionist İsrail dövlətinin prezidenti Şimon Peresə təbrik məktubu ünvanlayıb. Prezidentin rəsmi saytına istinadən veriləni məlumata görə, təbrik məktubunda deyilir:
"Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə öz inkişafını davam etdirəcəkdir".
İlham Əliyev Şimon Peresə möhkəm cansağlığı, işlərində uğurlar, dost İsrail xalqına sülh və tərəqqi arzulayıb.
P.S. Necə olur ki, bizlər Fələstini də qəbul edirik İsraili də . Axı Dünya bilir ki, İsrailin torpağı yoxdur Fələstin xalqının əlindən alınan torpaqlarda müstəqillik qurub. Axı bu hal əsrlər bundan qabaq baş verməyib. Rus Alman müharibəsindən sonra olanlardır. Onda belə çıxır işğalçılara biz də dəstək veririk. Bəs niyə Qarabağa müstəqil dövlət deyəndə biz o an etiraz edirik? Allah Azərbaycan xalqını öz rəhmətindən əsirgəməsin amma belə getsə deyəsən rəhmət yavaş-yavaş əldə gedir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır