| Xəbərin kodu: 312199 | Tarix: 2012/04/30 - 20:50 | Mənbə: HaqqYolu / Tebyan | print |
Əxlaq Aynasında Yaddan çıxmış ilahi vəzifə |
Çox vaxt həyatımızdakı problemlərin əsil səbəbini görə bilmirik. Necə deyərlər, dam-divarı döyürük ki, bəlkə bir ümid bacası açıldı. Amma belə vaxtlarda fənn əhlinə, əxlaq ustadlarına müraciət etmək daha münasibdir. Bəzən bir günah bütün müvəffəqiyyət yollarını bağlayır və biz günahı davam etdirə-etdirə başqa çıxış yolları axtarırıq.
Ustad Fatiminiya buyurur: Ədliyyə sistemində çalışanlardan biri mühüm bir sənədi itirir. Ona xəbər verirlər ki, əgər 10 gün ərzində sənəd tapılmasa bir nəfərə edam hökmü veriləcək. İtən sənəd məhbusu ölüm hökmündən qurtaracaq bir sənəd imiş. Ədliyyə işçisi heç bir çıxış yolu görməyib Quran xətm edir və təvəssül duası oxuyur. Amma bu təsirsiz olur və sənəd tapılmır. Nəhayət bir arifə müraciət edir. Arif alim ona sileyi-rəhm tövsiyə edir və bildirir ki, yaxın qohumlarından kimisə uzun müddətdir yaddan çıxarıb. Ədliyyə işçisi xatırlayır ki, dörd ildir bacısının əri dünyadan köçüb, amma o, bir dəfə də olsun bacısını yoxlamayıb. Tələsik bacısının ziyarətinə gedir...
Səhəri gün iş stolunun siyirtməsini çəkib bir də gözdən keçirir və sənədi tapır!