NAM-ın XVI sammiti sentyabrda Tehranda keçiriləcək
Xəbərin kodu: 312376 Tarix: 2012/05/01 - 17:27Mənbə: ABNA- Xəbər Agentliyiprint

Əlaqələrimiz Genişləndirilir
NAM-ın XVI sammiti sentyabrda Tehranda keçiriləcək

"Bitərəf Dövlətlər Hərəkatı" (NAM) formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır 

 NAM-ın XVI sammiti sentyabrda Tehranda keçiriləcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib: "Bitərəf Dövlətlər Hərəkatı"na (Non-Aligned Movement - NAM) üzv ölkələrin dövlət başçılarının XVI sammiti sentyabr ayının sonlarında Tehranda keçiriləcək.

Mehmanpərəst bir neçə gün sonra (mayın 9-da) NAM ölkələrinin XİN rəhbərlərinin görüşünün Misirdə keçiriləcəyini və həmin iclasda Tehran sammitinə hazırlıq məqsədi ilə müzakirələr aparılacağını deyib.

"Bitərəf Dövlətlər Hərəkatı" formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır.

Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda "Bitərəf Dövlətlər Hərəkatı"nın yaradıldığı elan olunub.

"Bitərəf Dövlətlər Hərəkatı"na üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 




E-mail:
Ad:
Sizin nəzərləriz:
Enter security code
erfan
ABNA World Service
Englishالعربية
Françaisاردو
Españolفارسی
Русский中文
DeutschTürkçe
Azeri (cyr) Azeri (ltin)
Melayu Indonesia
বাংলা हिन्दी
Swahili Myanmar
BosanskiABP sites
  Son xəbərlər