| Xəbərin kodu: 313031 | Tarix: 2012/05/04 - 21:40 | Mənbə: Haqq Yolu tia.az-a istinadən | print |
Ünvanını Səf Saldı Şok! Astaranın qeyrətli qadınları icra başcısını kötəkləyib Bakıya yola saldılar! |
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə görə Qəzənfər Ağayev Astara bazarını sökdürmək istədiyi üçün qadınların kötəyinə tuş gəlib
Astara rayonuna yeni icra başçısı təyin olunmuş Qəzənəfər Ağayev Masallıda həyata keçirmək istədiyi işlərin analoqunu burada da reallaşdırmaq istəyib. Amma ünvanı səhv salıb. Dünən Astara bazarına baş çəkən yeni icra başçısı oranı sökdürəcəyini deyib.
Məlumatlı mənbənin verdiyi məlumata görə, bazarda alver edən yerli qadınlarla söhbət əsnasında Qəzənfər Ağayev yeni bazarda onlara yer veriləcəyini desə də, bir qədər ağız süründürüb. Daha sonra isə saymazyana hərəkət edərək, bütün hallarda bazarın söküləcəyini bildirib. Bundan bərk qəzəblənən alverçi qadınlar onun üzərinə hücum çəkiblər. Nəticədə, icra başçısı kötəklənib. Hadisə yerindən müavinləri vasitəsi ilə bir təhər uzaqlaşan Ağayev oradan da birbaşa Bakıya gəlib.
Mənbə bildirir ki, astaralı qadınlar Qəzənfər Ağayevə xatırladıblar ki, o, Masallı ilə bu rayonu səhv salmasın. Yoxsa, bu cür hərəkətlərin daha ağır formaları ilə üzləşə bilər.
Qeyd edək ki, Qəzənfər Ağayev Masallıda icra başçısı olan zaman Mərkəzi Bazarı sökdürərək, yerində ticarət mərkəzləri inşa etdirmişdi. Həmin vaxt bu məsələ narazılığa səbəb olsa da, kiçik sahibkarlar Astarada olduğu kimi addım atmamışdılar. Görünür, icra başçısı bu hadisədən sonra elə zənn edib ki, Astara da elə Masallı kimi olacaq. Amma işin tərs tərəfi ilə üzləşməli olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır