Tehranın bu həftəki cümə namazı xətibi Höccətülislam vəlmüslimin Kazım Siddiqi Tehranda keçirilən Qadınlar və İslami Oyanış Beynəlxalq iclasa toxunaraq deyib: Bu iclasın keçirilməsində məqsəd din ortaqlığına görə islam dünyası qadınlarının bir-birinə yaxınlaşması və onları dünyada qadının yerini dəyərsiz göstərməyə çalışan düşmənlərin məkrli planlarından məlumatlandırmaq üçün idi.
Höccətülislam vəlmüslimin Kazım Siddiqi islam dünyası qadınlarının vəhdətinin zəruriliyini vurğulayaraq deyib: Yüz ildən çoxdur ki, düşmənlər bütün imkanları və planları ilə islam qadınlarını öz mentatlitetindən uzaqlaşdırmağa çalışırlar. Lakin bu yolda uğursuzluqla üzləşiblər.
Qərb cəmiyyətlərində qərbin qadına baxışını təhqiramiz adlandıran Tehranın cümə namazı xətibi deyib: Qadın bu cəmiyyətlərdə heç bir dəyər və kəramətə malik olmadan yalnız məqsədlər çatmaq üçün istifadə olunur. Bu strategiya insan haqlarının açıq-aşkar pozulmasıdır.
Höccətülislam vəlmüslimin Siddiqi İslami İranda qadının yüksək yerinə toxunaraq bildirib: Qadınlar İran İslam Respublikası quruluşunda bütün elmi, ictimai, iqtisadi, siyasi və mədəni sahələrdə öz kəramətini qorumaqla fəal rola malikdirlər.
Tehranın cümə namazı xitabətçisi habelə qərbin yeni embarqolarını İran xalqına qarşı ötən 33 ildəki təzyiq və təhdidlərin davamı adlandırıb və deyib: Belə təzyiqlər İran xalqını öz amalları və məqsədlərini izləməkdə daha da ciddiləşdirir və güclü edir.
İran xalqının sanksiyalardan inkişaf üçün fürsət kimi istifadə etdiyini bəyan edən Höccətülislam vəlmüslimin Siddiqi söyləyib: Qərb sanksiyaları hətta İrana qarşı aparılan 8 illik müharibə dövründə də İran xalqını təslim edə bilmədi və iranlılar bütün problemlərin öhdəsindən gələrək müharibənin qalibi oldu və düşmənə alçaldıcı məğlubiyyəti dadızdırdılar.
“İslami İranda fəal gənclər və mütəxəssis qüvvələrin mövcudluğu İslam Respublikasına qarşı bütün təhdid, sanksiya və psixoloji müharibəni təsirsiz qoyacaq və İran xalqı həmişə olduğu kimi iqtidarla bütün çətinliklərə qalib gələcək” –deyə Tehranın cümə namazı xətibi bildirib.