| Xəbərin kodu: 336326 | Tarix: 2012/08/12 - 17:41 | Mənbə: Modern Az | print |
Türkiyə Bahar Muradovanın Cavabın Verdi TRT: “Azərbaycan inciməsin deyə “eurovison”da iştirak etdik” |
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bədnam “evrovision” fəsad musabiqəsinin uğursuzluqla Bakıda keçirilməsi bütün dünyaya bəlli olduğu halda Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova APA-ya verdiyi "Heç kim bizimlə təzyiq dilində danışa bilməz" müsahibəsi ilə bədnam “evrovision”un biabırçı uğursuzluğunu örtbastır etməyə çalışıb.
Lakin bütün bu aldadıcı səylərə baxmayaraq qardaş Türkiyə dövlətinin KİV-ləri ilginc məlumat yayıblar. Belə ki, TRT-nin baş direktoru İbrahim Şahin deyib: “Biz “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycan üçün iştirak etdik”.
İ. Şahinin sözlərinə görə, “bəzi ölkələr öz aralarında qərar verir, ondan sonra da biz seçim edirik. Bu heç də etik davranış deyil. Müsabiqə Azərbaycanda keçirilməsəydi və biz bu il iştirak etməsəydik görəsən nə olacadı? Amma Azərbaycan bizdən inciməsin deyə iştirak etdik”.
TRT-nin baş direktoru həmçinin qeyd edib ki, hər il “eurovision” fəsd müsabiqəsi üçün Tarkana müraciət edirlər. “Bu il də təklif etdik. Amma o bildirdi ki, “əgər birinciliyi sığorta edirsinizsə, iştirak edərəm. Amma ikinci olsam, bu mənim karyeramı zədələyəcək””.
P.S: Göründüyü kimi Tarkanın dediyi “əgər birinciliyi sığorta edirsinizsə, iştirak edərəm. Amma ikinci olsam, bu mənim karyeramı zədələyəcək” ifadəsi kimlərinsə qabaqcadan külli miqdarda pul verərək “eurovision” fəsd müsabiqəsində məqam kəsb etməsinin göstəricisidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır